9-cu siniflərin imtahan nəticələrinin yüksəldilməsi ilə bağlı görüş keçirildi

13 dekabr 2019-cuil tarixdə 168 nömrəli tam orta məktəbin akt zalındaPirallahı rayonu üzrə kurator məktəb, 235 nömrəli tam orta məktəbin direktoru Şahin Allahverdiyevin təşkilatçılığı ilə Pirallahı rayon ümumtəhsil məktəbləri üzrə məktəb direktorları, 9-cu siniflərdə buraxılış fənlərini tədris edən fənn müəllimləri, valideynlər və risk qrupunda olan şagirdlərlə görüş keçirilmişdir.

Şahin Allahverdiyev çıxış edərək bildirdi ki, görüşün keçirilməsində məqsəd Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi tərəfindən qarşıya qoyulan istiqamət və hədəflər, şagirdlərin 9-cu siniflər üzrə buraxılış imtahanına hazırlığının vəziyyəti, bu istiqamətdə məktəb rəhbərliyinin, pedaqoji kollektivin və valideynlərin işinin gücləndirilməsidir.

Görüşdə 231 nömrəli məktəbin direktor əvəzi Seymur Yusibov çıxış edərək bildirdi ki, müəllimyalnız öyrətmir, eyni zamanda, tərbiyə edir, formalaşdırır və hər bir şagirdi cəmiyyətə şəxsiyyət kimi təqdim edir. Digər tərəfdən valideynlərlə canlı əlaqə məktəbdə pedaqoji prosesə müsbət təsir edir. Ona görə də məktəb-valideyn əlaqəsi gücləndirilməlidir. Ona görə də hər bir ailənin məktəblə əməkdaşlığıən zəruri şərtdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi