“Mənəvi dəyərlər” mövzusunda nümunəvi dərs

            11 dekabr 2019-cu il tarixində Azərbaycan dili müəllimi Vəsxanım Əsədova VIII sinifdə “Mənəvi dəyərlər” mövzusunda nümunəvi dərs keçirdi. Şagirdlər mövzuya uyğun “Həqiqət”, “Səmimiyyət”, “Hikmət” qruplarına bölündülər.

            Dərs elektron lövhənin imkanlarından istifadə etməklə “ActivInspire” proqramı əsasında qurulmuşdu. Şagirdlər bu proqramın müxtəlif funksiyalardan (konteyner, sehrli qələm, sehrli tunel, gizlilik, şəffaflaşdırma və s.) bacarıqla istifadə edirdilər. Bundan əlavə şagirdlərin şifahi təqdimatları dinlənildi.

            Yalan mövzusunda atalar sözləri, xarici və milli yazarlarımızın aforizmləri səsləndi, mənəvi dəyərlər haqqında Konfutsinin 5 təliminihaqqında fikir və mülahizələrini bölüşdülər. Dərsin sonunda fəal iştirak edən qruplara və qrup liderlərinə fəxri fərmanlar təqdim olundu

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi