Xalqımızın dahi oğlu, Ümummilli Liderin anım günü keçirildi

            11 dekabr 2019-cu  il tarixidə müasir Azərbaycanın memarı və qurucusu ümummili lider Heydər Əliyevin vəfatının 16-ci ildönümü ilə əlaqədar tədbir keçirildi. Tədbirdə ilk öncə Heydər Əliyevin keçdiyi nümunəvi həyat yolunu, müasir Azərbaycan tarixinin yaradıcısı kimi gördüyü işlər və onun siyasi fəaliyyətini özündə əks etdirən videoçarx nümayiş olundu. Daha sonra çıxış edən məktəbin direktor əvəzi Seymur Yusibov Ulu Öndərin zəngin və qədim tarixə malik bir xalqın dahi oğlu olmaqla yanaşı, onun dünya siyasətinə təsir etmək gücündə olan liderliyindən danışdı. Eyni zamanda O bildirdi ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi və iqtisadi kursun, bütün sahələri əhatə edən islahatların ölkəmizin Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində son illər Azərbaycan dünyada ən qabaqcıl ölkələr sırasına çıxmışdır. İqtisadi inkişaf tempinə görə lider ölkəyə çevrilən dövlətimizin beynəlxalq aləmdə yeri və mövqeyi getdikcə daha da möhkəmlənir, nüfuzu artır.

            Tədbirdə şagirdlər Ulu Öndərə həsr edilmiş şeirlər söylədilər, onun aforizmə çevrilmiş kəlamlarını səsləndirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi