“Pirallahının turizm potensialı” mövzusunda təqdimat keçirildi

            10 dekabr 2019-cu il tarixində məktəbin coğrafiya müəllimi Xalidə Sadıqovanın rəhbərliyi ilə X sinif şagirdlərinin məktəbin illik fəaliyyət planına uyğun olaraq “Coğrafiya aylığı” çərçivəsində “Pirallahının turizm potensialı” mövzusunda təqdimatı  keçirildi. Şagirdlər təqdimatlarında bildirdilər ki, Bakının Pirallahı rayonunun coğrafi durumu və iqlim şəraiti turizmin inkişafı üçün olduqca əlverişlidir. Rayon ərazisinin başlıca olaraq adalardan (Pirallahı, Çilov) ibarət olması buna daha çox zəmin yaradır. Turizmin inkişaf perspektivlərinin yüksək dəyərləndirildiyi Pirallahı, Gürgən və Çilovda tikilməsi nəzərdə tutulan istirahət mərkəzləri və komplekslər, otel və mehmanxanalar, Tarix-Diyarşünaslıq Muzeyi, Gənclər Əyləncə Mərkəzi ilə yanaşı, yeni tikilmiş körpünün altındakı 120 metrlik keçidin açılması ilə su idmanı növlərinin, o cümlədən yelkənli qayıqsürmə və avarçəkmənin inkişafı, yeni çağdaş çimərliyin, skuter gəzintilərinin, ada ətrafında gəmi kruizlərinin təşkili üçün əlverişli imkanların yarandığını bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi