Tarixin Azərbaycanlı dahisi

         ​Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəylik və bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətləri əvəzsizdir. Məhz buna görə də hər bir azərbaycanlı xalqımızın dahi oğlunu ehtiramla xatırlamalı və ona minnətdar olmalıdır. Buna görə də 06 dekabr 2019-cu il tarixində məktəbin foyesində ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş ”Tarixin Azərbaycanlı dahisi” adlı kitab sərgisi təşkil edilmişdir. Dünya şöhrətli siyasətçi, müstəqil Azərbaycan dövlətinin xilaskarı Heydər Əliyevin geniş ictimai – siyasi və elmi-nəzəri irsinin oxucular arasında təbliği məqsədilə təşkil olunan sərgidə Ulu Öndərin həyat və yaradıcılıq irsindən nümunələr nümayiş etdirilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi