Uşaqların böyük dostu adlı sinif saatı keçirildi

            Ulu öndər Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi məqsədilə 5 dekabr 2019-cu il tarixdə Ümummilli Liderin anım gününə həsr olunmuş “Uşaqların böyük dostu” adlı sinif saatı keçirildi.İbtidai sinif müəllimi Vüsalə Bayramova şagirdlərin diqqətinə çatdırdı ki, Heydər Əliyev şəxsiyyətinin dahiliyi, onun əvəzolunmazlığını sübut edən ən birinci fakt məhz uşaqlara qarşı son dərəcə nəzakətli və mərhəmətli olmasında idi.O, hər zaman "Uşaqlar bizim gələcəyimizdir" deyirdi və əgər bir dövlət öz gələcəyini işıqlı, parlaq görmək istəyirsə gərək uşaqlara xüsusi diqqət yetirsin. Bu da Heydər Əliyev siyasətinin əsas istiqamətlərindən biridir. Müəllim onu da bildirdi ki, bu gün Ulu Öndərin siyasətini ölkə başçısı cənab İlham Əliyev layiqincə davam etdirir. Bu sahədə görülən işlərdə Heydər Əliyev Fondunun xidmətləri isə əvəzsizdir. Buna görə biz ölkə başçısı İlham Əliyevə və Birinci vitse prezident Mehriban xanım Əliyevaya minnətdarıq.

            Sinif saatında məktəbin I sinif şagirdləri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş şeirlər söylədilər və mahnılar səsləndirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi