Hacıyeva Röya Elxan qızı 1999-cu ildə anadan olub. Hal-hazırda 3- ildir Taekvando idman növü ilə məşğul olur. Bu zaman ərzində çoxlu sayda uğurları olub. 4 dəfə Azərbaycan Milli komandasına düşüb. Hal-hazırda gənclərdən ibarət milli komandadadır. İlk yarışı Lənkaranda keçirilib. Bu yarışda III yerə layiq görülüb. Bu yarışdan sonra yeniyetmələrin Respublika birinciliyində III yeri tutub . Şağan MOK-da keçirilən yarışda II yerə layiq görülüb. Daha sonra isə İranın Tehran şəhərində keçirilən yarışda I yeri tutub .Azərbaycanda keçirilən gənclərin Azərbaycan çempionatında II yerə layiq görülüb.Gənclərdən ibarət milli komandaya cəlb edilib, Daha sonra isə Türkiyənin Ankara şəhərində olan yoldaşlıq görüşündə I yerə layiq görülüb. Həmin yarışdan sonra Türkiyənin Kırıkkala şəhərində keçirilən yarışda bir daha I yeri tutub .Bu yarışdan sonra Azərbaycanda olan Gənclərin Azərbaycan birinciliyində bir daha I yerə layiq görülüb və milli komandanın tərkibinə cəlb edilib. Hal-hazırda milli komandanın tərkibindədir.
Fərdi təhsilin 3-cü sinfində təhsil alan Seyfullazadə Günel Karate idman növü üzrə əldə etdiyi uğurlara görə fərqlənir. Belə ki, o öz çəki dərəcəsində 9 qat Azərbaycan çempionudur. Son uğuru isə Dünya çempionatında iki müxtəlif çəki dərəcəsində çıxış edərək, müvafiq olaraq 2-cilik və 3-cülük qazanması olub. Bundan əlavə Günel 31 Dekabr-Dünya Azərbaycanlıların Həmrəylik gününə həsr olunmuş yarışda öz çəki dərəcəsində 12 yaşlılar arasında birinci yerə, Azərbaycan Karate Do Federasiyasının təşkil etdiyi Azərbaycan kubokunda birinci yerə, Azərbaycan Milli Qəhrəmanı Murad Mirzəyevin xatirəsinə həsr olunmuş açıq Bakı çempionatında birinci yerə, Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş açıq Bakı çempionatında ikinci yerə, Azərbaycan Karate Do Federasiyasının 18 oktyabr Milli Müstəqillik gününə həsr olmuş Azərbaycan çempionatında birinci yerə, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə həsr olunmuş yarışda birinci yerə layiq görülmüşdür. Seyfullazadə Günelə Karate Do Federasiyası tərəfindən yaşıl kəmər dərəcəsi verilmişdir.
Şagirdimizi əldə etdiyi uğurlara görə təbrik edir və həmişə yüksək nailiyyətlər əldə etməyi arzu edirik.