Şagirdlərimiz "Bilik yarışı"nda birincilik qazandılar

Bakı şəhəri 170 nömrəli tam orta məktəbin təşəbbüsü ilə tarixi şəxsiyyət Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96 - cı il dönümünə həsr edilmiş "YOLUMUZ HEYDƏR YOLUDUR" adlı tədbir keçirildi. Tədbir xüsusi sinifdə təhsil alan şagirdimiz İnci Rəfibəylinin rəsm əsərlərinin sərgisi ilə başladı.Tədbir Xəzər və Sabunçu rayonlarının 230, 68, 69, 206, 259, 170 nömrəli tam orta məktəblərinin IV sinif şagirdləri arasında dostluq və əməkdaşlıq münasibəti yaratmaq məqsədilə təşkil edildi. 
Üç mərhələdən ibarət olan yarışda I yerə 230 nömrəli məktəbin komandası, II yerə 69 nömrəli məktəbin komandası, III yerə isə 170 nömrəli məktəbin komandası layiq görüldü. Məktəb rəhbərliyi tərəfindən qalib və iştirakçı komandalar diplom və təşəkkürnamələrlə təltif edildilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi