PEDAQOJİ ŞURA

17.06.2025- ci il tarixində məktəbdə Pedaqoji şura iclası keçirildi. İclasda gündəlikdə olan məsələlər müzakirə olunduqdan, hesabatlar dinlənildikdən, qərarlar qəbul edildikdən sonra 65 yaşı tamam olmuş ibtidai sinif müəllimimiz Nəcibə Əliyevanın əmək fəaliyyətinin sona çatması ilə əlaqədar olaraq ona məktəbdəki fəalliyyəti dönəmində çəkdiyi əziyyətə görə təşəkkür edildi, gül dəstələri təqdim edildi, hədiyyələrlə və xoş sözlərlə yola salındı. Sonda xatirə şəkli çəkildi.