Bakı məktəblilərinin yaradıcılıq sərgisi keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 96 illik yubileyinə həsr olunmuş paytaxt məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdlərinin yaradıcılıq sərgisi keçirilib.
Bakı şəhəri üzrə 229 nömrəli tam orta məktəbdə təşkil olunan sərgidə BŞTİ-nin müdiri Rəşad Tağıyev, Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, İdarənin müvafiq struktur bölmə rəhbərləri, təhsil müəssisələrinin rəhbərləri, şagirdlər, valideynlər, ictimaiyyət nümayəndələri və KİV təmsilçiləri iştirak ediblər.
Bakı şəhərinin ümumi təhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin istedadlı şagirdləri təsviri incəsənət, dekorativ tətbiqi sənət, floristika, elmi texniki, dizayn işləri, ulu öndər Heydər Əliyevin həyatını və ictimai-siyasi fəaliyyətini özündə əks etdirən yaradıcılıq nümunələrini nümayiş etdiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi