Ulu öndər Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr olunmuş tədbir keçirilmişdir

Müasir Azərbaycan dövlətinin memarı və qurucusu ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə bu gün tədbir keçirilib. 
Tədbir Dövlət Himninin ifası ilə başlamışdır. Tədbirin təşkilatçısı Zümrüd Əliyeva çıxış edərək Azərbaycanı zamanın çətin sınaqlarından çıxarmış Ümummilli Liderin ictimai-siyasi fəaliyyəti haqqında ətraflı məlumat verib. Sonra Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunmuşdur. Ardınca şagirdlərin hazırladıqları kompozisiyalarla tədbir davam etmişdir. Sonda çıxış edən məktəbin direktoru Təhmasib Məmiyev dahi rəhbərin anadan olmasının 96-cı ildönümü ilə bağlı məktəbdə keçirilən silsilə tədbirlərdən söz açmış, Ümummilli Lider Heydər Əliyevin həyatının hər bir Azərbaycanlı üçün örnək olduğunu vurğulamışdır. O qeyd etmişdir ki, Heydər Əliyev uşaqlara xüsusi diqqət ayıraraq onların işıqlı gələcəyə çıxması üçün əlindən gələni etmişdir. Gənc nəslimiz isə, Ulu Öndər Heydər Əliyev irsini qoruyub saxlamağa və gələcək nəsillərə çatdırılması üçün çalışmalıdırlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi