Fərdi təhsilin 3-cü sinfində təhsil alan Seyfullazadə Günel Karate idman növü üzrə əldə etdiyi uğurlara görə fərqlənir. Belə ki, o öz çəki dərəcəsində 9 qat Azərbaycan çempionudur. Son uğuru isə Dünya çempionatında iki müxtəlif çəki dərəcəsində çıxış edərək, müvafiq olaraq 2-cilik və 3-cülük qazanması olub. Bundan əlavə Günel 31 Dekabr-Dünya Azərbaycanlıların Həmrəylik gününə həsr olunmuş yarışda öz çəki dərəcəsində 12 yaşlılar arasında birinci yerə, Azərbaycan Karate Do Federasiyasının təşkil etdiyi Azərbaycan kubokunda birinci yerə, Azərbaycan Milli Qəhrəmanı Murad Mirzəyevin xatirəsinə həsr olunmuş açıq Bakı çempionatında birinci yerə, Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş açıq Bakı çempionatında ikinci yerə, Azərbaycan Karate Do Federasiyasının 18 oktyabr Milli Müstəqillik gününə həsr olmuş Azərbaycan çempionatında birinci yerə, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə həsr olunmuş yarışda birinci yerə layiq görülmüşdür. Seyfullazadə Günelə Karate Do Federasiyası tərəfindən yaşıl kəmər dərəcəsi verilmişdir.
Şagirdimizi əldə etdiyi uğurlara görə təbrik edir və həmişə yüksək nailiyyətlər əldə etməyi arzu edirik.
Məktəbimizin 7a sinif şagirdi Əhmədli Əli "Kick boksinq" idman növü üzrə İranda keçirilən Türkiyə, Gürcüstan, İran və Azərbaycan idmançılarının iştirak etdiyi yarışda uğurla iştirak edərək öz çəki dərəcəsində qalib olmuşdur. Şagirdimizi bu uğur münasibətilə təbrik edirik.