Həmkarlar təşkilatının illik hesabatı dinlənilib.

Bakı şəhəri Xəzər rayonu Fuad Fərhadoğlu adına 230 №-li tam orta məktəbin ilk həmkarlar təşkilatının 01.01.2020-ci ildən 01.01.2021-ci ilə qədər olan Hesabatı

 Ulu öndər Heydər Əliyevin memarı olduğu müasir müstəqil Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edərək dünyanın ən böyük və nüfuzlu dövlətləri il eyni sırada yer alıb. Bu uğurlu siyası kurs və inkişaf xətti bu gün də qətiyyətlə davam etdirilir. Son illər ərzində ölkəmizin keçdiyi dinamik inkişaf yolu, böyük geostrateji əhəmiyyət kəsb edən enerji və nəqliyyat layihələri, 44 günlük “ Vətən Müharibə” sinin nəticələri buna əyani sübutdur. ATİAHİ-nin Xəzər RK-si də dövlətinin daha möhkəm, həmkarlarının daha firavan yaşaması üçün əlindən gələn köməyi edir. Nəzərinizə çatdırıram ki, Xəzər RHK-i Vətən müharibəsi dövründə “Müdafiə fond” una 10 min manat Qarabağ Dirçəliş fonduna 10 min manat köçürmüşdür. 10 şəhid ailəsinin övladlarına hər ay pul vəsaiti köçürür. Məktəb HİK-də öz işini Azərbaycan Respublikasının Konustitusiyasına, Kollektiv Əmək Müqaviləsinə və Nizamnaməyə əsasən həyata keçirir. Məktəbimizin 106 üzvü var HİK-nın tərkibi 1.Fərzəliyeva Qıztamam – sədr 2.İsayeva Firuzə - üzv 3.Abbasova İncixanım – üzv 4.Allahverənova Kifayət – üzv 5.Məmmədov Anar – üzv Məktəb HİK-i bir il ərzində pandemiyaya baxmayaraq öhdəsinə düşən işləri görmüşdür. İlin əvvəlində illik iş planı tərtib olunmuşdur. Bildiyiniz kimi hər bir təşkilat üzvü əmək haqqının 2%-i üzvülük haqqı ödəyir. Toplanan vəsaitin 70%-i məktəbin büdcəsinə daxil olur. Toplanan vəsait aşağıdakı kim xərclərə bölünür. 11%-maddi yardım 30%-mədəni kütləvi işlərə 5%-mükafat Bir il ərzində aşağıda adları çəkilən işçilərə maddi yardım göstərilmişdir. Qəribov Ənvər, Cabbarova Bahar, Əliyeva Könül, Məmmədova Kəmalə, Əligülova Arzu, Mehtiyev Səbuhi, Babayeva İranə, Rəvanə Yılmaz, Əmirova Tünzalə, Nuriyeva Günay, Usubova Gülarə, Muradova Könül, Əkbərova Turan, Qəribov Elnur, Bayramova Röya, Allahverənova Nuranə. Pandemiya dövründə 6 müəllimimiz Quliyeva Fəxriyyə, Mirzəzağayeva Madlena, Əhmədova Dürdanə, Məlikova Lalə, Məmmədova Kəmalə, Quliyeva Əzəmət Covid-19 xəstəliyindən müalicə aldıqlarına görə onların hər birinə 100 m məbləğində maddi yardım göstərilmişdir. HK-nın səyi nəticəsində fiziki cəhətdən qüsürlu iki işçimizə II qrup əlil olduğuna görə maaşından əlavə 25% artıq məvacib təyin olunub. 7 müəllimimiz mükafat alıb. 2020-ci ildə “Gənclər Günü” münasibətilə Əhmədova Ellada, 2021-ci ildə Ələkbərova Aygün, Cabbarlı Rüfanə. “Virtual məktəb” də “Microsoft”-un İnnovativ Expert müəllimi adına layiq görüldüyünə görə Bəhrəmova Ülviyyə, “Müəllim Günü” münasibətilə Həsənova Sevil, Məmmədova Vəfa mükafatlandırılıb. Hər il 8 mart Qadınlar Günü münasibətilə RHK 40 təşkilatın bütün qadınlarını həqiyyələrlə təbrik edir. Bu il pandemiya ilə əlaqədar bu olmasa da 40 təşkilatın bütün sədrləri bayramlar münasibətilə fəxri fərman və pulla mükafatlandırılıb. 2 müəllimimizin Nəcəfova Mehriban, Yusifova Südabə 65 yaşları tamam olduğuna görə onlara fəxri fərman və pul mükafatı verilib və təntənəli şəkildə yola salınıb. İl ərzində 33 ədəd xəstəlik vərəqələri və uşağın anadan olmasına görə müavinətlərin təyin edilməsi ilə bağlı protokollar tərtib olunub və mühasibatlığa təqdim olunub. Xatırlatmaq isdəyirəm ki, 44 günlük Vətən müharibəsində bizim məktəbimizin məzunu Kazımov Əmir İlham oğlu şəhid oldu. Biz məktəb kollektivi olaraq onu yad etmək xatirəsini əbədiləşdirmək üçün müəyyən işlər gördük. Bu işdə bizə yaxından kömək edən müəllimlərimizə təşəkkür edirəm

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi