Beynəlxalq tədbirdə şagirdlərimiz də iştirak etmişdir.

Məlum olduğu kimi , 23 aprel qardaş ölkə Türkiyə Cümhuriyyətində "Milli Suverenlik və Uşaq Bayramı" kimi qeyd olunur. Bu bayram Türkiyə Cümhuriyyətində hər il böyük coşqu və sevinclə qeyd edilir. Bu il təşkil olunan bayram münasibəti ilə məktəbimizin ingilis dili müəllimi Bəhramova Ülviyyə müəllim məktəbimizin 5E sinif şagirdləri Nəcəfova Suğra, Mustafazadə Elnarə, Qasımzadə İlahə, Əliyeva Gözəl ilə birgə onlayn şəkildə tədbirə qoşulmuş , şagirdlərimiz şeirlər və mahnılar səsləndirərək yaşıdlarını təbrik etmişlər. Qeyd edək ki, tədbirdə Türkiyə, Ruminiya, Moldova, İtaliya, Makedoniyadan da şagirdlər qoşulmuş, müxtəlif şeirlər, mahnılar, təbriklər səsləndirmişlər. Tədbirdə ölkəmiz adına məktəbimizi təmsil etdiyinə görə müəllimimiz Ülviyyə müəllimə və 5E şagirdlərinə öz təşəkkürümüzü bildiririk.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi