II Beynəlxalq Autizm ABA Azərbaycan konfransı keçirilmişdir.

Məktəbimizin Coğrafiya və Həyat bilgisi müəllimi Əhmədova Ellada, II Beynəlxalq Autizm ABA Azərbaycan Konfransında onlayn təşkil olunmuş tədbirdə iştrak edib sertifikat qazanmışdır. Aprel - autizm maarifləndirmə ayı çərçivəsində , “Autizmi tanı - yanaşmamızı dəyişək, həyatları dəyişsin!” devizi altında sosial aksiyalar start verilib. Autizm - erkən yaş dövründə başlayan, sosial münasibətlər və ünsiyyət sferasında problemlərin olması ilə özünü göstərən ümumi inkişaf problemidir. Autizmin əlamətləri, əsasən, iki yaşından etibarən özünü göstərməyə başlayır. Autizm özünə qapanma, real həyatdan uzaqlaşma kimi təzahür edir. Baxmayaraq ki, autizmin təzahür spektri çox genişdir, əsas simptomları ümumi xarakter daşıyır:  sosial münasibətlərdə pozuntu  nitq və ünsiyyətdə pozuntu  təxəyyüldə pozuntu. Autizmin davranış simptomlarına aşağıdakılar aiddir: Sosiallaşma problemi. Başqa uşaqların oyunlarına maraq göstərməyə bilər, bacıqardaşına münasibətdə qəddarlıq nümayiş etdirə bilər, valideynlər onu qucaqda tutduqda, yaxud öpdükdə buna hər yolla mane olmağa çalışır, təmasdan və qucağa alınmaqdan xoşu gəlmir. Kommunikativ (ünsiyyət) problemi. Göz təmasından qaçır, başqaları ilə ünsiyyət qurmur, uzun müddət eyni mövzu üzərində danışır, tək qalmağı xoşlayir, səbəbsiz olaraq ağlayır, gülür və səbəbsiz davranışlar nümayiş etdirir, mənasız sözləri ardıcıl təkrarlayır ehtiyaclarını ifadə etməkdə çətinlik çəkir, danışmaq əvəzinə hərəkətlərlə ehtiyaclarını ifadə etməyə çalışır, və exolaliya (cavab vermək əvəzinə, özünə deyilənləri eynilə təkrar etmək) müşahidə edilir. #abakonfrans #autizmazərbaycan

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi