"Şərq-Qərb mətbəəsi"nə ekskursiya
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/15120229845a1fa3c859f193.55777174.jpg)
Kitab-insan həyatını tənzimləyən mayaka bənzəyir. Kitab insanların ən yaxın dostudur.
Azərbaycan Respublikasının prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “SAF” - Həyat Naminə Gənclər İçtimai Birliyi tərəfindən həyata keçirilən “Kitab üzərində açılan dünya” adlı layihə keçirilmişdir. Bu layihədə bir çox məktəblər iştirak etmişdir.
28 noyabrda bizim məktəbin şagirdləri də bu layihədə iştirak etdilər. Layihə “Şərq-Qərb” nəşriyyatında keçirildi. Şagirdlərimiz bizə həyatda yaşamağa stimul verən kitabların necə hazırlandığı ilə yaxından tanış oldular. Şagirdlərimiz sertifikatlarla, kitab nümunələri ilə təltif olundular. Belə layihələr gənclərin dünyagörüşünün artmasına yaxından kömək edir. Məktəbimiz adından Gənclər İçtimai Birliyinə təşəkkürümüzü bildiririk.