Apellyasiya rəyinə əsasən yenidən qiymətləndirmə keçirilib
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/1738316272679c99f0f29411.67962451.jpg)
BSQ təşkilinə dair əmrə uyğun olaraq məktəbdə BSQ apellyasiya komissiyasına 5 nəfər şagirdin valideyni tərəfindən ərizə verilmişdir. 31.01.2025-ci il tarıxındə BSQ bankından seçilən BSQ vasitələri ilə yenidən qiymətləndirilmə keçirilib. Şagirdlər Azərbaycan dili (Dövlət dili), riyaziyyat, ingilis dili fənlərindən olan testləri cavablandırıblar. Nəzarətçi tərəfindən yığılan cavablar apellyasiya komissiya üzvlərinə yoxlanmağa təqdim edilib.