Böyük Summativ Qiymətləndirmələr keçirilib
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/17376129826791deb6b5a8b5.96471696.jpg)
Məktəbimizdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən göndərilən suallar əsasında BilBacar layihəsinə qoşulmuş IX və X siniflərdə Azərbaycan dili və riyaziyyat fənni üzrə Böyük Summativ Qiymətləndirilmə keçirilib.
Qeyd edək ki, BSQ Azərbaycan dili fənni üzrə 22.01.2025-ci il, riyaziyyat fənni üzrə isə 23.01.2025-ci il tarixdə keçirilib.
Böyük summativ qiymətləndirmələrin keçirilməsində əsas məqsəd müvafiq məzmun və dəyərləndirmə standartları əsasında hazırlanmış vasitələrlə şagird nailiyyətlərini müəyyən etmək, onların bilik və bacarıqlarını yoxlamaqdan ibarət olub.