Pedaqoji şura keçirilib
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/173917634267a9b996225e52.68353588.jpg)
Məktəbin Fəaliyyət Planına uyğun olaraq I yarımilin sonunda Pedaqoji Şura keçirilib. İclasa məktəbin direktoru Vüsalə Məmmədova başlayıb. O, məktəbin 2024-2025-ci tədris ilinində görülən işlərdən, hədəflərdən, qarşıya qoyulan planlardan danışıb. Təlim-tərbiyə işləri üzrə direktor müavinləri, təşkilatçı yarım il ərzində görülən işlər və siniflərin tədris nəticələri barədə danışıblar. Metodbirləşmə rəhbərləri, kitabxana müdiri, hərbi rəhbər hesabatlarında yerinə yetirilən işlərdən bəhs ediblər. Həmçinin iclasda qeyri-kafi qiymət alan şagirdlərin də adları qeyd edilib və bununla bağlı rəhbərlik tərəfindən fənn müəllimlərinə tapşırıqlar verilib.