Mən yolumu seçmişəm...

“Mən yolumu seçmişəm. Düşməndən ürəyimcə qisas almasam, elə bilərəm ki, Allahım da, valideynlərim də məni bağışlamaz. Vətənin azadlığı üçün qurban lazımdırsa, biri mən...” – deyən Milli  Qəhrəman Mübariz İbrahimovun doğum günü ilə əlaqədar məktəbin kitabxanasında kitabxana müdiri Aynur Xəlilova və tarix müəllimi İlqar Əliyevin təşkilatçılığı ilə dəyirmi masa keçirilib. İlk öncə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra dəyirmi masada qəhrəmanın həyatından, döyüş yolundan, Vətənə olan sevgisindən qürur hissi ilə danışılıb. Qeyd edilib ki, Vətən qaladır. Qalanı ucalıq mərtəbəsində tutan, ruhunun ucalığı bilən, sal qaya kimi düşmənin qarşısını kəsən oğullardır. Bir-birinə arxa-dayaq olan qayaların ürəkləri Vətən sevgisiylə, Vətən eşqiylə döyünür. Onlar Vətənimizin işıqlı sabahları, aydın səmaları üçün döyüşür, Vətən üçün can əsirgəmir, şəhadətləri ilə ölümü ucaldıb ölümsüzlüyə, əbədiyyətə qovuşurlar. Şərait qəhrəmanlar yaradır, qəhrəmanlar isə tarix. Vətən sevgisiylə bizlərin qüruru, fəxri, ölməzliyi, örnəyi olan Mübariz İbrahimov kimi.

Qeyd edək ki, Mübariz İbrahimov Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyünün qorunmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib, “Qızıl Ulduz” medalı və “Vətən Övladı” qızıl ordeni ilə təltif edilib. O, həmçinin ilin adamı mükafatına layiq görülüb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi