Şəhid Zəbiyulla Məmmədovun xatirəsi yad edilib

Məktəb rəhbərliyi və 9b sinif şagirdləri sinif rəhbərləri Əliağa Əliyevlə birlikdə şəhid məzunumuz Zəbiyulla Məmmədovun əziz xatirəsini yad ediblər.

Ziyarət zamanı qəhrəmanımızın uşaqlıqdan necə vətənpərvər ruhda böyüdüyü, həmçinin döyüş yolundan, döyüşdə göstərdiyi sücaətlərindən danışılıb, onunla bağlı xoş xatirələr bölüşülüb.

Ziyarətin təşkilində məqsəd şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, hörmət və ehtiramla ziyarət edilməsi və gənc nəsildə vətənpərvərlik hisslərinin aşılanması olub.

Qeyd edək ki, Zəbiyulla Məmmədov şəhadətindən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi