Emal Sənaye üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində bir gün

Şagirdlərimiz Emal Sənaye üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçirilən “Açıq qapı” günündə iştirak ediblər. Peşə məktəbində aşbazlıq, qənnadçı, ağac nəqqaşı, mebel ustası, dərzi, bərbər, neft və qaz çıxarma operatoru və s. kimi peşələr haqqında məlumat əldə ediblər. Həmçinin şagirdlər mərkəzdə iştirak edən müəllimlərə suallarını ünvanlayaraq hansı peşəyə sahib olmaq istədikləri barədə fikirlərini formalaşdırıblar.