Kitab əlçatmaz xəzinələrin açarı, bəşəri sərvətidir

Məktəbin kitabxanasında “Kitab əlçatmaz xəzinələrin açarı, bəşəri sərvətidir” mövzusunda dəyirmi masa keçirilib. Məqsəd şagirdlərdə kitaba maraq oyatmaq, onun insan həyatındakı və cəmiyyət üçün əhəmiyyətini anlatmaq, keçmiş və gələcək, nəsillər və mədəniyyətlər arasında körpü olduğunu çatdırmaq olub.
Müzakirə zamanı kitabxana müdiri Aynur Xəlilova kitabların həyatımızdakı rolunu, onların təhsil və inkişaf üçün vacibliyini, həmçinin kitab oxumağın insanlara necə geniş bilik və təcrübə qazandırdığını vurğulayıb. Müzakirənin sonunda şagirdlərdən kitab oxumağın həyatlarında necə bir dəyişiklik edə biləcəyi soruşulub və onları maraqlandıran suallar ətrafında diskussiya aparılıb. Daha sonra Rəsmiyyə Bayramova çıxış edib və şagirdlərə öz tövsiyələrini verib.
3c sinif şagirdləri ilə keçirilən dəyirmi masa müzakirəsi həm şagirdlər, həm də təşkilatçılar üçün çox maraqlı və faydalı olmaqla yanaşı, şagirdlərin kitablar haqqında düşünmə tərzini genişləndirməyə, həm də onların kitab oxumağa olan həvəslərini artırmağa xidmət edəcək.