23 Aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü qeyd olunub

Məktəbin kitabxanasında 23 Aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü ilə əlaqədar olaraq 3b sinif şagirdlərinin iştirakı ilə maraqlı tədbir keçirilib. tədbirin keçirilməsində məqsəd uşaqlarda kitaba və oxumağa marağı artırmaq, müəlliflik hüquqlarının əhəmiyyəti haqqında məlumat vermək olub.
Tədbir zamanı şagirdlər sevdikləri kitablar haqqında danışıb, müəllifləri haqqındamaraqlı faktları paylaşıb, oxuduqları əsərlərdən parçalar səsləndiriblər. Sonda isə kitab mövzusunda rəsmlər çəkib təqdim ediblər.