Beynəlxalq Yer Günü

Beynəlxalq Yer Günü əvvəlcə “Ağac günü” elan olunaraq bayram günü kimi qeyd edilməyə başlanıb. Ekoloji problemlərin həllinə, ətraf mühitin mühafizəsinə diqqəti artırmaq məqsədilə həmin günün adı dəyişdirilərək “Yer Günü” adlandırılıb. Bu bayram beynəlxalq xarakter alıb, hazırki dövrdə 150-yə yaxın ölkədə, o cümlədən Azərbaycanda da qeyd olunur. Hər il olduğu kimi bu ildə məktəbdə bu bayramla əlaqədar silsilə tədbirlər keçirilib.