Zərifə Əliyevanın əziz xatirəsi yad edilib

Dünya oftalmologiya elminin tanınmış siması, şərəfli, zəngin həyat yolu ilə seçilən tədqiqatçı, alim, filosof, pedaqoq və gözəl ana olan Zərifə Əliyevayanın doğum günü ilə əlaqədar təşkilat saatları keçirilib. Akademik, qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı və böyük alim Z.Əliyeva haqqında danışılıb. Həmçinin Z.Əliyevanın yüksək mənəvi-əxlaqi dəyərlərə malik olmasından, gözəl insan, həssas xanım kimi yaddaşlara həkk olması qeyd edilib. Bildirilib ki, Z.Əliyeva, eyni zamanda, Azərbaycan tibb elmində özünəməxsus yeri olan görkəmli alimdir. Onun yüksək mənəvi keyfiyyətləri bütün Azərbaycan xalqına, xüsusilə qadınlarımıza və gənc qızlarımıza nümunədir. Sonda şagirdlər Z.Əliyeva haqqında hazırlanan təqdimatlar təqdim edilib.

Görkəmli ziyalı, böyük alim, nəcib insan, Ulu Öndərin həyat yoldaşı və möhtərəm Prezidentimizin anası, akademik Zərifə Əliyevanın əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi