Prezident İlham Əliyevin COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində çıxışı ilə əlaqədar
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının keçirilməsi qlobal problemin həllinə yönəlmiş bir məsələdir. Azərbaycan iqlim dəyişmələri ilə mübarizədə birgə səylərin əhəmiyyətini anlayır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nümayiş etdirdiyi güclü siyasi iradə və Şərqi Avropa Qrupunun üzvü olan dövlətlərin Azərbaycanın COP29-a ev sahibliyi etmək üçün ölkəmizin namizədliyini dəstəkləməsi bugünkü uğurumuzda həlledici rol oynayıb. Bu günə qədər əldə edilən böyük uğurlar, nailiyyətlər dünya miqyasında Azərbaycana olan güvənci, inamı, etibarı artırıb. Bu uğurların əldə olunmasında isə bir mənalı olaraq, Prezidentimiz İlham Əliyevin müdrik, ağıllı, uzaqgörən siyasətini dəyərləndirmək mütləqdir.
Prezident İlham Əliyevin COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində çıxışına diqqət etdikdə gördük ki, vacib məsələlərə ədalətli yanaşılıb, doğru və kəskin münasibət bildirilib. Azərbaycan COP29-a ev sahibi olduqdan sonra inkişaf edən kiçik ada dövlətləri ilə münasibətlərimiz yeni, daha yüksək səviyyəyə qalxıb.
Kiçik ada dövlətlərinin səsi qlobal arenada eşidilməlidir. İnkişaf etmiş bütün ölkələr, xüsusən də müstəmləkə keçmişi olan ölkələr kiçik ada dövlətlərinə maddi və texniki dəstək göstərməlidir ki, onlar ölkələrini iqlim dəyişmələrinin fəsadlarından qoruya bilsinlər. İqlim dəyişmələri hər bir ölkəyə, o cümlədən Azərbaycana təsir göstərir. Xəzər dənizi ilbəil daha da dayazlaşır, çaylarımızda daha az su, dağlarımızda daha az qar var. Əfsuslar ki, keçmişdə heç vaxt görmədiyimiz daşqınlar və kəskin yağışlar bu gün reallıqdır. Hər bir ölkə təsirə məruz qalır, lakin kiçik ada dövlətləri üçün bu ekzistensial təhlükədir;
Prezidentimiz İlham Əliyev qeyd edir ki, iqlim dəyişmələri Azərbaycana da təsir edir. Amma Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir. Biz fəlakət qarşısında zəif olan bir sıra ölkələrə qasırğa, zəlzələ və daşqınların təsirini azaltmaq üçün yardım göstərmişik. Biz, həmçinin su təchizatı, qida təhlükəsizliyi və mədəni irsin bərpası layihələrinə dəstək vermişik. Ondan çox kiçik ada dövləti Azərbaycan universitetlərində təhsil almaq üçün tələbə təqaüdü proqramımızdan yararlanıb. Qoşulmama Hərəkatında dördillik sədrliyimiz dövründə biz 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərmişik; Həmin ölkələrin üzləşdiyi çağırışların aradan qaldırılması COP29-da Azərbaycanın göstərdiyi səylərin əsasını təşkil edir. Hazırda proses ehtiyac duyan ölkələrə, xüsusən də kiçik ada dövlətlərinə maliyyənin verilməsi üçün tamamlanmalıdır. Bu yay Azərbaycan Tonqada Millətlər Birliyi ilə Birgə Bəyannamə imzaladı;
Biz Millətlər Birliyinin kiçik ada dövlətlərindəki birgə layihələrini dəstəkləmək üçün 10 milyon ABŞ dolları məbləğində vəsait ayırırıq.
Ətraf mühitin monitorinqi və qiymətləndirilməsi üçün “Azərkosmos”un peyk məlumatlarından istifadə etmək üçün Millətlər Birliyi ilə Anlaşma Memorandumu imzalanmışdır;
İlham Əliyev müstəmləkə şəraitində olan dövlətlərin də adlarını çəkmiş, cəsarətlə söyləmişdir ki, Fransa orada torpaq və suyun kəskin dərəcədə zəhərlənməsi və radiasiyasına görə məsuliyyət daşıyır. Radiasiya səviyyəsi 4900 faizi keçib. Əgər buna Fransanın Əlcəzairdə illər boyu işğalı zamanı həyata keçirdiyi 17 nüvə sınağını əlavə etsək, biz həmin ölkə tərəfindən planetin ekosisteminə hansı zərərin vurulduğunu görərik. İlham Əliyevin çıxışında müstəmləkə ölkələrdə insan hüquqlarının pozulması məsələsinə də toxunulur və əsaslı faktlar göstərilir.
Bir sözlə, mən deyərdim ki, İıham Əliyev bu yüksək tribunada Azərbaycana qarşı dünyada baş verən ədalətsizliklərə, haqsızlıqlara kəskin və sərt şəkildə sözünü deməklə, bir daha cəsarət nümayiş etdirdi, xalqın qəlbindəki yerini daha da möhkəmləndirdi.
Yaşasın Müstəqil Azərbaycan Respublikası və ürəyi xalqla bir döyünən prezidenti İlham Əliyev!
Məktəbin tarix müəllimi Nərgiz Məmmədova