Müəllimlər üçün mühazirələr davam edir
Payız tətili dövrü müəllimlərin vaxtlarını səmərəli keçirmələri üçün mühazirələr təşkil edilib. Rəhbərlik tərəfindən dərsdinləmələrin təhlili zamanı üzə çıxan problemlərdən biri – “Formativ qiymətləndirmə üsulları” mövzusunda məktəbin Azərbaycan dili müəllimi İzmira İsgəndərova məruzə edib. Maraqlı və izahlı edilən bu məruzədən sonra müzakirə zamanı dinləyən müəllimlər də dərs ərzində istifadə etdikləri üsullardan danışıblar.