Kimya-biologiya fənnləri üzrə metodbirləşmə iclası keçirilib

Metodbirləşmə iclasında I yarımil BSQ vasitələrinin hazırlanması və bununla bağlı komissiya üzvlərinin təyin olunması, fənn müsabiqəsi və olimpiadalara hazırlıq barədə söhbət aparılıb.

Təlim tərbiyə işləri üzrə direktor müavini Lalə Tağıyeva çıxış edərək bildirib ki, test bankından istifadə edərək düzgün, səviyyələrə uyğun BSQ vasitələri hazırlansın.

Metodbirləşmə rəhbəri Gülər Əmirova çıxış edərək qeyd edib ki, dekabr ayı kimya-biologiya aylığıdır. Bununla bağlı tədbirlər planı hazırlanıb və təsdiq edilsin. Noyabr ayında keçiriləcək fənn olimpiadasınməktəb turunun kimya-biologiya və təbiət fənni üzrə suallar tərtib edilsin və iştirak edəcək şagirdlər təyin edilsin. Həmçinin siniflər üzrə BSQ vasitələrinin hazırlanması və komissiya üzvləri tərəfindən yoxlanılması tezliklə tamamlansın və zəif şagirdlərlə müxtəlif səpkidə işlər aparılsın.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi