Körpə fidanlar “Xarıbülbül” rəsmi rəngləyiblər

Sevil Əhmədovanın rəhbərliyi ilə 1 “A” sinif şagirdləri təsviri incəsənət dərsində “Xarıbülbül”  rəsmi rəngləyiblər. Əvvəlcə S.Əhmədova Xarıbülbül haqqında danışaraq vurgulayıb ki, Qarabağ ərazisi işğal olunduqdan sonra Xarıbülbül bəlkə də bir çoxları üçün nisgil, kədər, ağrı, həsrət simvolu olub. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən Vətən müharibəsi dövründə isə həyatını itirən şəhidlərin xatirəsinin anılmasında Xarıbülbül nişanəsi sosial şəbəkələrdə geniş yayılmağa başlayıb. Xarıbülbülün əzəməti, məğrurluğu, haqsızlığa qarşı əyilməz duruşu onu əfsanədən qələbə simvoluna çevrilməyə başlayıb. Tədricən isə nişan müharibənin simvoluna çevrilib. O, şəhidlərin xatirəsinin və Azərbaycan ordusunun zəfər simvolu kimi məşhurlaşmağa başlayıb. Müəllimin çıxışından sonra isə şagirdlər rəsmi rənglərib, vətənpərvər ruhlu şeirlər səsləndiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi