1 İYUN - BEYNƏLXALQ UŞAQLAR GÜNÜNƏ HƏSR OLUNMUŞ BAYRAM KONSERTİ

    1 İyun – Beynəlxalq Uşaqlar Günü münasibətilə məktəbimizdə N saylı hərbi hissənin təşkilatçılığı ilə möhtəşəm konsert proqramı keçirildi.

    Tədbirin məqsədi uşaqların bayramını qeyd etməklə yanaşı, onların mənəvi inkişafına dəstək olmaq, vətənpərvərlik ruhunda tərbiyə olunmalarına töhfə vermək idi.

    Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Ardınca çıxış edən məktəb rəhbərliyi və hərbi hissənin nümayəndələri uşaqları bu əlamətdar gün münasibətilə təbrik etdilər. Onlar vurğuladılar ki, uşaqlar cəmiyyətimizin sabahıdır və onların təhsili, tərbiyəsi, rifahı hər birimizin borcudur.

    Daha sonra şagirdlər və hərbi qulluqçuların iştirakı ilə zəngin konsert proqramı təqdim olundu. Musiqi nömrələri, rəqs kompozisiyaları bayram tədbirinə xüsusi rəng qatdı.

#1İyun #BeynəlxalqUşaqlarGünü #BayramTədbiri #NsaylıHərbiHissə #UşaqlarGələcəyimizdir #mekteb216

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi