“COĞRAFİYA FƏNN AYLIĞI” ÇƏRÇİVƏSİNDƏ MARAQLI EKSKURSİYA – YANARDAĞDA!

Coğrafiya fənn aylığı çərçivəsində şagirdlərin nəzəri biliklərini praktiki mühitdə möhkəmləndirmək məqsədilə məktəbimizin VII “a” və IX “b” sinfinin şagirdləri üçün Azərbaycanın təbii möcüzələrindən biri olan – Yanardağa maraqlı və maarifləndirici ekskursiya təşkil olundu.
Qədim dövrlərdən bəri alov saçan bu ərazi, şagirdlərimiz üçün həm coğrafi, həm də tarixi baxımdan böyük maraq doğurdu. Ekskursiya zamanı iştirakçılar Yanardağın geoloji quruluşu, əmələgəlmə səbəbləri və bu təbii hadisənin dünyada nadir nümunələrdən biri olması haqqında ətraflı məlumat əldə etdilər. Yerli bələdçinin təqdimatında Yanardağın ekoturizm potensialı və qorunması ilə bağlı vacib məqamlar da vurğulandı.
#CoğrafiyaFənnAylığı #YanardağEkskursiyası #ElmVəTəhsil #AzərbaycanTəbiəti #mekteb216