HAQQIMIZDA

Bakı şəhəri 216 nömrəli tam orta məktəbin yeni binası 2020-2021ci tədris ilində istifadəyə verilib. Məktəb Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilib. Məktəbdə 24 sinif otağı, 10 fənn kabineti, qapalı və açıq idman meydançaları, idman zalı, akt zalı, yeməkxana, müasir tələblərə cavab verən kitabxana  fəaliyyət göstərir. Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Qala hərbi şəhərciyinin ərazisində yerləşir. 1992-ci ilə kimi ümum orta məktəb kimi, 1992-ci ildən sonra isə tam orta məktəb kimi fəaliyyət göstərir. Məktəbdə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət edən zabit və gizirlərin övladları təhsil alır. Məktəbdə təhsil 5 günlük iş həftəsi ilə 2 növbədə aparılır. Hal-hazırda məktəbdə 978  şagird 42 sinifdə təhsil alır və onların təlim-tərbiyəsi ilə 56 müəllim məşğul olur. Məktəb 2021-ci il tarixindən Vətən Müharibəsi Qəhrəmanı Şəhid Ramiz Vaqif oğlu Qasımovun adını daşıyır. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi