UŞAQLARA QAYĞI – GƏLƏCƏYƏ SƏRMAYƏDİR!

    Uşaqlar bizim gələcəyimizdir! Onların sağlam, savadlı və vətənpərvər ruhda böyüməsi üçün hər bir sahədə göstərilən diqqət və qayğı, xüsusilə də bədən tərbiyəsi və idmanın təbliği, cəmiyyətin əsas prioritetlərindən biridir. Bu baxımdan, 1 İyun - Beynəlxalq Uşaqlar Günü münasibətilə Xəzər Rayon İdman sektoru və 216 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə idman festivalı keçirildi.

    Tədbirin əsas məqsədi məktəblilər arasında sağlam həyat tərzinin təbliği, idmana marağın artırılması, fiziki inkişafın və komandada işləmə bacarığının təşviq olunması idi.

    Festival çərçivəsində məktəbin həyətində müxtəlif növ idman yarışları və əyləncəli estafet oyunları təşkil olundu. Uşaqlar futbol, şahmat, stolüstü tennis, qaçış və digər idman növləri üzrə bacarıqlarını nümayiş etdirdilər. Maraqlı və dinamik formatda keçirilən yarışlar həm əyləncəli, həm də maarifləndirici xarakter daşıdı.

    Festival zamanı çıxış edən təşkilatçılar – Xəzər rayonu üzrə Gənclər və İdman Sektorunun müdiri Gündüz Vəliyev və məktəb rəhbərliyi – uşaqları bu əlamətdar gün münasibətilə təbrik etdilər, onlara sağlam və uğurlu gələcək arzuladılar. Çıxışlarda qeyd olundu ki, dövlətin uşaq və gənclərlə bağlı apardığı siyasət nəticəsində ölkəmizdə onların inkişafı üçün hərtərəfli şərait yaradılıb. Uşaqların sosial aktivliyi, fiziki hazırlığı və cəmiyyətə inteqrasiyası bu kimi tədbirlərlə daha da möhkəmlənir.

    Tədbirin sonunda məktəb rəhbərliyi, fiziki tərbiyə müəllimlərimiz və yarışlarda fərqlənən iştirakçılar təşəkkürnamələrlə təltif olundular.

#XəzərRayonu #İdmanFestivalı #1İyun #BeynəlxalqUşaqlarGünü #SağlamHəyatTərzi

#UşaqlaraQayğı #İdmanVəTəhsil #Azərbaycandaİdman #mekteb216

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi