ZƏRƏRLİ VƏRDİŞLƏRƏ YOX DEYƏK!

30 may 2025-ci il tarixində müəllim Rəşad Rəhimovun rəhbərliyi və IX-XI sinif şagirlərinin iştirakı ilə “Zərərli vərdişlərə yox deyək!” adlı maarifləndirici tədbir təşkil olundu.
Görüşdə şagirdlərə tütün məmulatlarından istifadə, alkoqol, narkotik vasitələr, enerjili içkilər, həmçinin texnoloji asılılıq kimi zərərli vərdişlərin fiziki və psixoloji sağlamlığa, sosial həyata və gələcək planlara necə mənfi təsir göstərdiyi ətraflı şəkildə izah olundu.
Tədbirdə şagirdlərlə interaktiv söhbət aparılaraq onların sualları cavablandırıldı, real həyat nümunələri və statistik məlumatlarla çıxışlar edildi.
Görüşün sonunda şagirdlər arasında anonim sorğu keçirildi. Sorğu vasitəsilə iştirakçıların mövzu üzrə məlumatlılıq səviyyəsi və fərdi baxışları qiymətləndirildi. Əldə olunan nəticələr gələcək maarifləndirmə tədbirlərinin planlaşdırılmasında əsas göstəricilərdən biri olacaq.
Tədbirin əsas məqsədi gənc nəslin düzgün istiqamətləndirilməsi, sağlam həyat tərzinə təşviqi və onların zərərli vərdişlərə qarşı müqavimət qabiliyyətinin artırılması idi.
#Maarifləndirmə #SağlamHəyatTərzi #ZərərliVərdişlərəYox #GənclərGələcəyimizdir #mekteb216 #TəhsilVəTərbiyə