PEDAQOJİ ŞURANIN NÖVBƏDƏNKƏNAR İCLASI

Bu gün məktəbimizdə Bakı şəhəri üzrə Təhsil İdarəsinin tövsiyə və təlimatlarına əsasən “Son zəng” tədbirinin təşkili ilə bağlı pedaqoji şuranın növbədənkənar iclası keçirildi.
İclasda cari tədris ilinin yekunlarına dair bir sıra vacib məsələlər müzakirə olundu:
1. “Son zəng” tədbirinin təşkili – Tədbirin keçirilmə qaydaları, şagirdlərin təhlükəsizliyinin təmin olunması, valideynlərlə əməkdaşlıq, şagirdlərin formalaşdırıcı və tərbiyəvi istiqamətdə düzgün istiqamətləndirilməsi barədə geniş fikir mübadiləsi aparıldı. Müvafiq tədbirlər planı hazırlanaraq pedaqoji heyətə təqdim olundu.
2. Qiymətləndirmə prosesi – Şagirdlərin tədris nailiyyətlərinin qiymətləndirilməsi, xüsusilə də böyük və kiçik summativ qiymətləndirmələrin aparılması zamanı şəffaflıq və obyektivliyin təmin olunması ilə bağlı pedaqoji heyətə müvafiq tövsiyələr verildi.
3. Dərsliklərin qaytarılması – Şagirdlərin istifadəsində olan dərsliklərin kitabxanaya qaytarılması prosesi ilə bağlı təşkilati məsələlər müzakirə edildi. Dərsliklərin vəziyyəti və vaxtında təhvil verilməsi üçün sinif rəhbərlərinə və müəllimlərə tapşırıqlar verildi.
4. Fərqlənmə attestatlarına namizəd olan şagirdlər barədə müzakirələr aparıldı.
Sonda müəllimləri maraqlandıran suallar cavablandırıldı.
#PedaqojiŞura #SonZəng2025 #Təhsilİdarəsi #MəzunGünü #TədrisİlininSonu #Qiymətləndirmə #DərsliklərinTəhvilVerilməsi #MüəllimŞagirdƏməkdaşlığı #mekteb216