Kiçik Akademiya

"Uşaqlar gələcəyimizdir" mövzusunda tədbir keçirildi9 iyun tarixində 216 nömrəli məktəbdə "Kiçik Akademiya"nın növbəti tədbiri keçirildi. "Uşaqlar gələcəyimizdir" mövzusuna həsr olunmuş tədbirdə humanitar bölmənin rəhbəri Vəkilova Röya və müəllimlərdən Səfiyə Məlikova ,Zəhra Əkbərova ilə v VI, VII və VIII siniflərdən kiçik akademiklərin araşdırmaları ,təbiət bölməsinin rəhbəri Mahmudova İlkin və müəllimlər Babayev Şavəli,vitsa prezident Bağırova Günel məktəbin V,VI,VII və VIII sinif şagirdləri ilə uşaqlarda genetik xəstəliklər,sonradan qazanılan xəstəliklər,1-iyun gününün coğrafiyası,Afrikalı uşaqlar,uşaqlar və müasir texnikaların xeyirli və zərərli təsirləri ilə bağlı araşdırmaları və texniki bölmənin rəhbəri Ramazanova Mehribanın V, VI , VII sinifdən olan üzvlərimizlə ayrı-ayrı ölkələrdə uşaqların sayı,faizi və hüquqları haqqında olan video və təqdimatlar nümayiş olundu. Tədbirdə Xəzər rayonun Kiçik Akademiyasının Prezidenti 234 nömrəli məktəbin müəllimi Ə.Kəmalə də iştirak etdi.

Ətraflı

Kiçik Akademiyanın ilk təqdimatı keçirildi31 may tarixində 216 nömrəli məktəbdə "Kiçik Akademiya" nın ilk tədbiri keçirilib . "Su həyatımızda" mövzusuna həsr olunmuş tədbirdə KA -nın humanitar bölməsinin rəhbəri Röya Vəkilovanın VI sinif şagirdlərinin iştirakı ilə səhnələşdirdiyi rəvayətin videosu izlənilib , su haqqında şeirlər söylənib. Təbiət bölməsinin rəhbəri İlkin Mahmudovanın göstərişi ilə VII-VIII sinif şagirdlərinin suyun elektrik və istilik keçirməsi, təzyiqi, sıxlığı haqqında, Şavəli Babayevin rəhbərliyi ilə VI-VIII sinif şagirdlərinin "Su coğrafi təbəqədə" mövzusunda hazırladıqları videotəqdimatlar nümayiş olunub. Texniki bölmənin rəhbəri Mehriban Ramazanovanın Qarabağ bölgəsinin su ehtiyatlarının faizlə, ölçü ilə dəyəri, dünyadakı buzlaqlar mövzusunda şagirdlərlə hazırladıqları geniş videotəqdimat, incəsənət və yaradıcılıq qrupunun rəhbəri Əfsanə Filmanovanın rəhbərliyi altında şagirdlərin işlədikləri təbiətin iki fəslində suyu əks etdirən rəsmlər nümayiş olunub. KA-nın vitse-prezidenti Günel Bağırovanın tapşırığına əsasən, VIII sinif şagirdlərinin hazırladıqları "Canlıların həyatında suyun rolu, bitkilərin torpaqdan suyu sovurmağı və bunun təcrübi yolla sübutu" haqqında videotəqdimat izlənilib. KA-nın prezidenti Təranə Əmirovanın tapşırığına əsasən, bütün dinlərdə su, Zəm-zəm suyu, su çərşənbəsi haqqında şagirdlərin hazırladıqları videolar təqdim olunub.

Ətraflı
HAQQIMIZDA

Bakı şəhəri 216 nömrəli tam orta məktəbin yeni binası 2020-2021ci tədris ilində istifadəyə verilib. Məktəb Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilib. Məktəbdə 24 sinif otağı, 10 fənn kabineti, qapalı və açıq idman meydan...

BİZİM FƏXRLƏRİMİZ

Elvin Süleymanov Natiq

Hüseyn Sadıqov Vaqif

HAQQIMIZDA

Bakı şəhəri 216 nömrəli tam orta məktəbin yeni binası 2020-2021ci tədris ilində istifadəyə verilib. Məktəb Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilib. Məktəbdə 24 sinif otağı, 10 fənn kabineti, qapalı və açıq idman meydan...

BİZİM FƏXRLƏRİMİZ

Elvin Süleymanov Natiq

Hüseyn Sadıqov Vaqif

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi