TƏBİƏT FƏNLƏRİNƏ HƏSR OLUNMUŞ BREYN-RİNQ

    08 may 2025-ci il tarixində “Təbiət fənləri aylığı” çərçivəsində VII siniflər arasında breyn-rinq yarışı keçirildi.

    Yarış Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Daha sonra yarış haqqında məlumat verilərək komandalar təqdim edildi.

    Breyn-rinqdə “Zəfər”, “Zirvə”, “Ulduz” adlı üç komanda yarışırdı.

    Məqsəd şagirdlərin təbiət elmlərinə marağını artırmaq, onların bilik və bacarıqlarını sınaqdan keçirmək idi.

    Yarış zamanı iştirakçılar müxtəlif mövzularda sualları cavablandıraraq biliklərini nümayiş etdirdilər. Şagirdlərin fəallığı, komandalar arasındakı rəqabət və onların elmə olan marağı yarışa xüsusi rəng qatdı.

    Qalib gələn “Zəfər” komandasını təbrik edir, yeni nailiyyətlər arzulayırıq.

#breynring #tebietelmleri #edutehsil #bilikyarisi #mekteb216

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi