SAĞLAM ƏTRAF MÜHİT İNSAN SAĞLAMLIĞININ TƏMƏLİDİR!

30 aprel 2025-ci il tarixində İctimai Səhiyyə və İslahatlar Mərkəzinin təşəbbüsü ilə “Sağlam gələcəyə birlikdə addımlayaq!” mövzusunda maarifləndirici görüş təşkil olundu.
Mərkəzin əməkdaşı bildirdi ki, insanlara, onların sağlamlığı üçün sağlam və təhlükəsiz ətraf mühit zəruridir və vacibdir. İnsanlar təbiətə olan münasibətlərini dəyişməyəcəkləri, onun ehtiyatlarından səmərəsiz istifadəni dayandırmayacaqları təqdirdə həmin prosesin onların özlərinə qarşı çevriləcəyini və arzuolunmaz sonluqlara gətirib çıxaracağını anlayıblar.
Qeyd olundu ki, ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin təkmilləşdirilməsi, təbii sərvətlərdən səmərəli istifadə, alternativ enerji mənbələrindən yararlanmaq və enerji effektivliyinə nail olmaq, həmçinin qlobal ekoloji problemlər üzrə beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi Azərbaycan dövlətinin ekoloji siyasətinin əsas istiqamətləridir. Ölkəmizdə ekoloji tarazlığın qorunması və təbiətin mühafizəsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirilərək təbii ehtiyatların, o cümlədən faydalı qazıntıların, su, torpaq, hava kimi əvəzsiz sərvətlərin, meşələrin və biomüxtəlifliyin mühafizəsi sahəsində genişmiqyaslı işlər görülür.
Görüşün sonunda şagirdləri maraqlandıran suallar cavablandırıldı.
#etrafmuhit #ekologiya #saglamheyat #edutehsil #isim #mekteb216