“XANLIQLAR” MÖVZUSUNDA NÜMUNƏ DƏRS

06 may 2025-cil tarixində müəllim Arzu Cabbarova “Azərbaycan xanlıqları” mövzusunda müəllimlər üçün nümunə dərs təqdim etdi.
Dərs müddətində xanlıqların yaranması, ərazi bölgüsü, idarə sistemi, dövlət atributları, ordu quruculuğu, diplomatik münasibətləri geniş müzakirə olundu.
Nümunə dərsin keçirilməsində məqsəd təlim prosesində müasir təlim metodlarının tətbiqi və müəllimlər arasında təcrübə mübadiləsinin aparılmasından ibarətdir.