HEYDƏR ƏLİYEV - 102 İL

06 may 2025-ci il tarixində müəllim Arzu Cabbarova IX sinif şagirdlərinin iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş dəyirmi masa təşkil etdi.
Tədbirin açılışında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
Şagirdlər şərəfli ömür yolunu ölkəmizin tərəqqisinə və millətimizin parlaq gələcəyinə həsr etmiş Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən söz açdılar. Müəllim müstəqilliyin ilk illərində Azərbaycanı ağır iqtisadi və sosial durumdan çıxaran Ulu Öndər Heydər Əliyevin dərin siyasətinin fəlsəfəsi haqqında fikirlərini şagirdlərin diqqətinə çatdırdı.
Tədbirdə, həmçinin, Ulu Öndər Heydər Əliyevlə bağlı slayd nümayiş etdirildi.
Dəyirmi masa müzakirələrlə davam etdi.
#HeyderEliyev #UluOnder #102il #musteqilAzerbaycan #edutehsil #mekteb216