ŞƏN STARTLAR

07 may 2025-ci il tarixində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş IV siniflər arasında “Şən startlar” adlı əyləncəli yarış keçirildi.
Yarış Azərbaycan Respublikasının Dövlət Himni ilə başladı. Daha sonra hər komanda qalibiyyət uğrunda yüksək əzmkarlıq göstərərək öz bacarıqlarını nümayiş etdirdilər.
Yarışın keçirilməsində əsas məqsəd idman növlərini məktəblilər arasında təbliğ etmək, məktəbliləri sağlam həyat tərzinə istiqamətləndirmək, onların vətənpərvərlik ruhunda tərbiyə olunmasında bədən tərbiyəsinin və idmanın rolunu artırmaqdan ibarətdir.