FİLM SAATI

13 fevral 2025-ci il tarixində XI “b” və XI “d” sinfinin iştirakı ilə film saatı təşkil edildi. Müəllim və şagirdlərin qarşılıqlı razılığı əsasında “Gün keçdi” filmi nümayiş olundu.
Film saatını təşkil etməkdə məqsəd şagirdlərdə dostluq münasibətlərinin qurulması, asudə vaxtın səmərəli təşkili, izlədikləri filmdə müsbət və mənfi obrazları təhlil etmə bacarıqlarının formalaşdırılması və ən önəmlisi imtahan öncəsi imtahan stresinin azaldılması idi.