AÇIQ QAPI

25.04.2025-ci ildə məktəb -iseyin Peşə təmayüllü sinif şagirdləri Emal Sənayəsi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təşkil olunmuş açıq qapı günündə iştirak etmişdilər .
Tədbir çərçivəsində şagirdlərimiz mərkəzdə tədris olunan emal sənayesi üzrə ixtisaslarla, həmçinin praktik tədris imkanları ilə yaxından tanış olmuş, tədris emalatxanaları və laboratoriyalara baxış keçirmiş, müəllim heyəti ilə görüşlərdə iştirak etmişlər.
Açıq Qapı Günü çərçivəsində təşkil olunan təqdimatlar, nümayişlər və interaktiv sessiyalar şagirdlərdə peşə təhsilinə olan marağı artırmış və onların gələcək ixtisas seçiminə müsbət təsir göstərmişdir.