SAĞLAM HƏYAT TƏRZİ VƏ SAĞLAM QİDALANMA

“Sağlam nəsil-parlaq gələcək” layihəsinin keçirilməsi ilə bağlı Tədbirlər planına uyğun olaraq 6 may tarixində məktəb-liseyin uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı İlhamə Əsgərova və psixoloq Yeganə Vəliyeva tərəfindən VIIb sinif şagirdlərinin iştirakı ilə “Sağlam həyat tərzi və sağlam qidalanma” mövzusunda maarifləndirici seminar keçirildi.
Seminarda şagirdlərə mövzu ilə bağlı geniş məlumat verildi. Sağlam və uzun ömürlü olmaq üçün vacib olan amillər bildirildi. Mövzu ilə şagirdlərlə fikir mübadiləsi aparıldı.
Sonda mövzu ilə bağlı hazırlanmış təqdimat nümaiş olundu.