MİLLİ MƏNƏVİ DƏYƏRLƏRİMİZİ QORUYAQ

02.05.25 tarixində məktəb-liseyin kitabxanasında VIIIb sinfi ilə dəyirmi masa keçirilmişdir. Dəyirmi masa "Milli mənəvi dəyərlərimizi qoruyaq, adət-ənənələrimizi yaşadaq" mövzusu əsasında təşkil olunmuşdur. Dəyirmi masada məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Əsgərova İlhamə, psixoloq Yeganə Vəliyeva və sinif rəhbəri Abbasova Məsumə iştirak etmişdir.
Məktəbin psixoloqu milli dəyərlərimizə sahib çıxmağın və onları qorumağın vacibliyini, onlara sahib çıxmağın və gələcək nəsillərə ötürməyin dövlətimizin gələcəyi üçün önəmli olduğunu vurğuladı.
Şagirdlər hazırladıqları təqdimatlarla çıxış etikdən sonra müəllimlər də öz fikir və rəylərini bildirdilər.