9-MAY FAŞİZM ÜZƏRİNDƏ QƏLƏBƏ GÜNÜDÜR.

 8 may tarixində məktəb liseyin tarix müəllimi Məmmədova Gülyaz VIIb sinfində ”9 may-Faşizm Üzərində Qələbə Günü” ilə bağlı açıq dərs təşkil etdi. Dərsdə məktəb-liseyin müəllimləri də iştirak etdilər.

 Müharibənin ilk illərində faşist Almaniyası işğal etdiyi Avropa ölkələrinin iqtisadi və hərbi potensialını öz əlində cəmləşdirmişdi. Lakin “Hər şey cəbhə üçün, hər şey qələbə üçün” şüarı altında bütün sovet xalqını birləşdirirdi. Bununlada düşmənin hüçümları nəinki dayandırıldı faşistlər Moskva, Stalinqrad, Kursk və başqa döyüşlərdə ən ağır sarsıdıcı məğlubiyyətə uğradı . 1945-ci ildə tamamilə məğlub edildi.

  9-May faşizm Üzərində Qələbə Günü təntənəli surətdə qeyd olunur.Bu qələbə heç də asan başa gəlməyib. Yüzlərlə minlərlə həmvətənlərimiz bu qələbə naminə canlarından keçiblər. Onlar doğma Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda mərdliklə, hünərlə vuruşaraq və həmdə doğma Azərbaycan totpağını qoruyublar.

 Azərbaycan xalqı haqqında çoxlu sayda şeirlər, kitablar yazılmış, bədii və sənədli filmlər çəkilmiş qəhrəmanların şərəfinə abidələr ucalmışdı. Onların adları əbədiləşdirilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi