RƏSM SƏRGİSİ

Bakı şəhəri üzrə Təhsil İdarəsinin 3-29-59/3-2-123 F /2023 nömrəli 13.03.2023-cü il tarixli əmri ilə təsdiq edilmiş “Dəyərlərimizi qoruyaq” layihəsi çərçivəsində 13-17 mart tarixində məktəb-liseyin psixoloqu Yeganə Vəliyeva, uşaqlarla sinifdən xaric və məktəbdən kənar işləri üzrə təşkilatçı İlhamə Əsgərova tərəfindən V-VII sinif şagirdlərinin iştirakı ilə “Elimizə Novruz gəlir” mövzusunda rəsm sərgisi təşkil olundu.
Eyni zamanda sərginin keçirilməsində digər məqsəd MİP-da “Təlim nəticələri aşağı olan şagirdlərin tədbir və sərgilərə cəlb olunması” bəndinə uyğun olaraq təlimdə zəif nəticə göstərən şagirdlərin iştirakı da təmin olundu.
17 mart tarixində isə Va-Vb sinif şagirdləri sinif üzrə, qalib gələn digər şagirdlər isə fərdi olaraq diplom ilə təltif olundular