"MİLLİ ADƏT-ƏNƏNƏLƏRİMİZ"

 14 mart tarixində məktəb-liseyn Ia sinif şagirdləri və sinif rəhbəri Dadaşova Fəxriyyə muəllimənin təşkilatçılığı ilə  “Milli adət-ənənələrimiz” başlığında tədbir keçirildi. Tədbirdə şagirdlər Milli bayramımızın tarixini əks etdirən guşə hazırladılar. Tədbirin məqsədi şagirdlərə keçmişimizdən, soy-kökümüzdən gələn adətlərimizi və davam etdirməyin vacibliyini mənimsəmək idi. Novruz bayramını təsvir edən əyləncəli oyunlar keçirdilər.

 Bayram münasibətilə məktəbin direktoru Səbinə Əliyeva, təlim tərbiyə işləri üzrə direktor müavini Məleykə Abışova, uşaqlarla sinifdənxaric və məktəbdənkənar işləri üzrə təşkilatçı İlhamə Əsgərova, psixoloq Vəliyeva Yeganə və UBTR Çerpanova Möminə tədbirdə istirak edərək şagirdləri təbrik etdilər.

 Uşaqlar ilaxır çərşənbə haqqında məlumat verdilər, baharı əks etdirən şeirlər söylədilər, mahnı oxuyub rəqs etdilər. Kosa, keçəl və Bahar qızı personajları şagirdləri əyləndirdi, qədim oyunumuz olan “Kosa-kosa” oyunu da oynadılar. Geyindikləri milli geyimləri tədbirə rəngarənglik qatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi