ŞAGİRDLƏRİN PEŞƏYÖNÜMLÜ TƏRBİYƏSİNİN TƏŞKİLİ

 14 mart tarixində məktəb-liseyin psixoloqu Yeganə Vəliyeva IX sinif şagirdləri ilə “Şagirdlərin peşəyönümü tərbiyəsinin təşkili mövzusunda “ maarifləndiriçi seminar keçirtdi.

 Seminar zamanı şagirdlərə peşəyönümü fəaliyyətinin təməl prinsipləri və bu prosesə kimlərin cəlb olunması, gələcək peşələrin düzgün və uğurlu seçilməsi, peşələr aləmi haqqında ətraflı məlumat verildi. Eyni zamanda peşə təhsilinin əhəmiyyəti, şagirdlər arasında peşəyönümü işinin düzgün təşkilinin vacibliyi də vurğulandı.

 Şagirdlər peşə seçərkən maraq, baçarıq və meyillərinin hansı sahədə daha çox uğur qazana biləcəkləri istiqamətində tövsiyyələr verildi. Qeyd olundu ki, bu gün düzgün və düşünülmüş peşə seçimi gələcəkdə onların uğurunun təminatçısıdir.

 Seminar zamanı şagirdlərə peşələr aləmi haqqında slaydlar və videoçarx nümayiş olundu.

 Şagirdlərin peşə seçərkən hansı peşə sahəsinə meyl, maraq və bacarıqlarının olduğunu müəyyənləşdirmək üçün anket sorğu keçirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi